BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 29 İyun, 2008 - Published 12:42 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Ənvər İbrahim Türkiyə səfirliyində sığınacaq alıb
 
Ənvər İbrahim

Malayziyanın müxalifət lideri Ənvər İbrahim Türkiyə səfirliyində sığınacaq alıb

Polis homoseksuallıqla bağlı yeni ittihamları araşdırdığını bildirib.

Cənab Ənvər BBC-yə bildirib ki, Kuala Lumpurdakı Türkiyə səfirliyinə təhlükəsizliyini təmin etmək üçün gedib.

O, həbs olunarsa, polisin onunla rəftarından narahat olduğunu deyib.

Cənab Ənvər səfirlikdən sığınacaq istəmədiyini vurğulayıb. Amma o Malayziya hökumətindən öz təhlükəsizliyini təmin etmək üçün zəmanət istəyib.

Cənab İbrahim hökuməti onu gözdən salmaq üçün uydurma ittihamlar irəli sürməkdə günahlandırıb.

Baş nazir Abdulla Bədəvi bu ittihamı rədd edib.

Cənab Ənvər baş nazirin müavini vəzifəsindən 1998-ci ildə çıxarılıb.

O homoseksuallıq və korrupsiya ittihamları əsasında beş ili həbsdə keçirib.

Cənab Ənvər bu ittihamların siyasi məqsədli olduğunu iddia edib. O, siyasətə bu ilin əvvəli qayıdıb.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik