BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 28 İyun, 2008 - Published 13:27 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Gürcüstan Poti limanına əlavə investisiyalar cəlb edir
 
Mixail Saakashvil
Gürcüstan prezidenti Mixail Saakaşvili yeni investisiyalar vasitəsi ilə Qara Dəniz sahilindəki Potinin bölgə inkişafındakı rolunun artmasına ümid edir.
Onlar ümid edirlər ki, bu zona daxilində yeridiləcək vergi güzəştləri Qara Dəniz ərazisində məhsullarını satmaq niyyətində olan şirkətləri məhz bu şəhərə cəlb edəcək.

Azad iqtisadi zonanın açılışı mərasimində prezident Mixail Saakaşvili deyib ki, bundan sonra liman şəhəri Poti ətrafındakı bu yoxsul bölgə iqtisadi möcüzənin şahidi olacaq. Onun sözlərinə görə, burada 10 minlərlə yeni iş yerləri açılacaq, Gürcüstanın Qara Dəniz sahili boyu göydələnlər ucaldılacaq.

Gürcüstanın keçmiş iqtisadiyyat naziri, təhlilçi Vladimir Papava deyir ki, Potidə azad iqtisadi zonanın yaradılması nəticəsində yeni iş yerlərinin açılması və bölgənin çiçəklənəcəyinə inanır. Lakin o, deyir ki, investorlar öz pullarını daha çox Potiyə yatıracaqlar, başqa şəhərlər isə əvvəlki vəziyyətdə qalacaq.

"Azad iqtisadi zonanın yaradılması yalnız Poti şəhəri rayonuna xeyir gətirəcək. Gürcüstanın digər bölgələrində isə investisayaların çatışmazlığı artacaq. Nəticə etibarı ilə, bunun Gürcüstan üçün müsbətdən çox mənfi fəsadları olacaq".

Vladimir Papava deyir ki, Gürcüstanda post-Sovet xarabalığından can qurtarıb bərpa işlərinə ehtiyacaı olan bir çox bölgələr var, o rayonlara investisayalar tələb olunur. Lakin işsizliyin səviyyəsi yüksək olan və infrastrukturun dağıldığı Potidə insanlar ümid edirlər ki, onların prezidentinin iqtisadi möcüazə barədə azuları gerçəkliyə çevriləcək.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik