|
Avropa İttifaqı ilə Rusiya yeni saziş bağlayacaqlar
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Yeni müqavilənin konkret maddələrinin nədən ibarət olacağı hələlik məlum deyil.
Məlum olan odur ki, Rusiya Avropada iqtisadi baxımdan daha geniş təmsil olunmaq istərdi. Avropa isə Rusiyanın daha etibarlı və əvvəlcədən proqnozlaşdırılan tərəfkeşə çevrilməsini istəyir. Bu əsasən neft və enerji məsələlərinə aiddir. Rusiya prezidenti Dmitriy Medvedev bildirib ki, yeni müqavilə tərəflərin real yaxınlaşmasının alətinə çevrilməlidir. "Yeni müqavilə strateji tərəfkeşliyin əsası olmalıdır". Xantı-Mansiyskdəki sammit Avropa İttifaqının coğrafi baxımdan keçirdiyi ən şərqi sammitdir. Avropalılıarın bu şəhərə gəlməsi müəyyən rəmzi xarakter daşıya bilər. Avropa Rusiya neft və qazından asılıdır və ikitərəfli ticarət mübadiləsində bu məhsulların yeri çox böyükdür. Məhz Avropalıların neftə ödədiyi milyonların hesabına Xantı-Mansiysk ultramüasir inkişaf etmiş bölgəyə çevrilib. Bu arada şərhçilər danışıqları heç də hamar keçməyəcəyinə diqqət yetirirlər. Rusiyanı ən çox narahat edən onun hər hansı İttifaq ölkəsilə münasibətlərinin mümkün gərginləşməsidir. Prezident Dmitriy Medvedev deyib ki, Moskvanı narahat edən Avropa həmrəyliyi amilinin bu və ya digər İttifaq ölkələri tərəfindən öz ikitərəfli münasibətlərinin həllində "bir alət kimi istifadə"edilməsidir. Medvedevin bu sözlərini Polşaya eyham hesab etmək olar. Rusiya ilə ət böhranına görə, o son vaxtlaradək İttifaqla Rusiya arasında danışıqlara veto qoymuşdur ki, danışıqların təxirə salınmasının səbəbiydir.Avropa İttifaqında isə məlumdur ki, konsensus prinsipi var. Buna cavabda Avropa komissiyasının sədri Joze Manuel Barrozo deyib ki, İttifaq demokratik təşkilatdır və bütün üzvlərin mövqelərinin nəzərə alınması onun əsas meyarlarından biridir. Yəni açıq bildirilir ki, Rusiya yeni müqaviləyə nail olmaq istəyirsə İttifaqın bütün 27 üzvünün həsini almalıdır. Bu və digər qabilədən olan ikitərəfli ziddiyyətləri arxada qoymaq üçün diplomatların işi xeyli artmış olacaq, – deyilir təhlillərdə. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||