|
Avropa İttifaqı:Yaxşı Pitsa Neapolda hazırlanır
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əla, nöqsansız pitsa hansı inqredientlərdən hazırlanmalıdır? Bu suala, dünya üzrə, aşbaz və pitsasevərlər, müxtəlif cavab
verirlər.
Lakin indi, Avropa İttifaqı, belə bir qərara gəlib ki, İtaliyanın Neapol şəhərində düzəldilən, Neapolitana pitsası, dünyanın ən yaxşı pitsası sayılmalıdır. Bu yaydan başlayaraq, Neapolitana Pitsası regional xörək stasusuna malik olacaq. Amma, hətta, Neapolitana pitsasına, nə daxildir sualı barədə-də, ümumi raızlıq yoxdur. BBC-dən Kristian Freyzerin məlumatlında deyilir ki, Neapolda pitsanın dadına baxmağın çox pis bir fəsadı var. Onu yeyəndən sonra, başqa pitsalar gözdən düşür. Neapolda pitsa gündəlik həyatın adi bir hissəsidir - ucuz, dadlı və olduqca italyan. Bura gələn turistlər də bu fikirlə razıdırlar. Əfsanəyə görə, 1889-cu ildə Neapolun kiçik küçələrindən birində Kraliça üçün üzərinə pomidor, pendir və reyhan yarpaqları qoyulmuş pitsa bişiriblər. Kraliçanın adı Savoy Kraliçası Marqarita olub. İndi bu Marqarita pitsası dünyanın hər yerində özünün qeyri-rəsmi adı Neapolitana altında satılır. Lakin yerli pitseriyalar deyirlər ki, başqa yerlərdə Neapolitananı düzgün bişirmirlər. Ona görə indi öz hüquqlarını geri tələb edirlər. Antonio Paçe Əsil Neapolitana Pitsası İttifaqının sədridir. İttifaq Avropa üzrə pitsa neapolitananın regional təam kimi tanınmasına nail ola bilib. Necə ki, fransanın şampan regionu nail olmuşdu. “Biz gərək öz ənənə və reseptlərimizi qoruyaq, kulinar aləmdə nizam-intizam yaradaq. " Bəs əsil Neapolitananın tərkibinə nə daxildir. Usta Entso bun izah edir. “Avropa İttifaqı qaydaları deyir ki, pitsanın diametri 35 santimetrdən çox olmamaldır. Onu mütləq əllə yoğurmaq, yalnız müəyyən
növ un və mayadan istifadə olunmalıdır. Üstünə Lakin hətta neapolun özündə heç də hamı Avropa İttifaqının reseptilə razı deyil. Damikelli şəhərdə ən poplyar pitseriyadır. Buradakı pitsalar qanundan kənar sayıla bilərlər. Pitsalar böyükdür, zeytun yox, soya yağı işlədilir. Camış deyil, inək pendirindən istifadə olunur. Lakin çoxları buradakı pitsanı Neapolda bir nömrəli sayırlar. Françeska Kondura Damikellinin həmsahibidir. "Motsarella sobada bişmək üçün yaradılmayıb. O pitsanı yaş edir". Damikelli yeni sertifikat üçün ərizə vermək fikrində deyil. Onsuz da müştərisi çoxdur. Sadəcə, az sonra o bu pitsasını Neapolitana adlandıra bilməyəcək. Lakin Neapolda bütün pitsa ustaları bir fikirdə razıdırlar. Pitsanın üstünə heç zaman, heç bir vəchlə ananas parçaları qoymaq olmaz!!! |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||