BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 27 İyun, 2008 - Published 14:32 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Klintonla Obama ilk dəfə olaraq ictimaiyyətlə birgə görüşürlər
 
Hillari Klinton və Barak Obama
Barak Obama ilə Hillari Klinton bu gün ilk dəfə olaraq seçki kampaniyasında ictimaiyyət qarşısına birlikdə çıxacaqlar.

Lakin keçmiş rəqiblərin birləşməsinə baxmayaraq onların tərəfdarları barədə bunu demək olmur. Senator Klinton seçki yürüşündən çıxadıqdan sonra internetdə onlarla Obama əleyhinə olan saytlar peydə olub.

Onlardan çoxu Obamanı partiyalarının namizədi kimi qəbul etməyi istəməyən demokratlar tərəfindən yaradılıb. Bəzi saytlar isə hətta Klinton tərəfdarlarını respublikaçıların namizədi Con Makkeyni dəstəkləməyə çağırır.

Ənni Kliver gənc qara dərili demokratdır və onun Nyu-Yorkda mənzillənən bloqu Obamanın namizədliyinə qarşı mübarizə aparmağa çağıran bir çox bloqlardan biridir. O, Ağ evdə xanım Klintonun qalibindənsə respublikaçını görməyə istəyir.

“Mən ona heç inanmıram. Siz onu dəstəkləyənlərin hamısının nə dərəcədə əsəbi və düşməncəsinə davrandığını görürsünüz? Bu təsadüfi deyil. Bu, siz şəxsiyyətdə əsaslanan kampaniyanı həyata keçirəndə baş verir. Bizim edə biləcəyimiz yalnız insanlara nəyin baş verdiyini anlatmaqdır. Əgər biz bunu etsək və insanlar bunu bildiyi halda yenə də Obamaya səs versələr bu mənim üçün və mənim demokratiya anlayışım üçün çox pis olacaq.”

Bu arada Klintonun siyasi gələcəyinin Obamanın əllində olduğu deyilir. New -York jurnallarının birinin təmsilçisi olan Con Haylemann seçki kampaniyasını izləyib. Onun dediyinə görə, xanım Klinton tərəfdarlarının Obamaya dəstək verməkdən imtina etməsi ona kömək etməyəcək.

“Mənə elə gəlir ki, onun fəalları Klintondan daha çox özləri barədə düşünürlər. Klinton indi Obamaya maneələr törətməkdəsə, belə eləməlidir ki, Obamanın uduzduğu halda o, qalxıb "mən sizə demişdim" sözlərini söyləyə bilsin”, - deyir Con Haylemann.

Hər nə baş versə də, Hillari Klinton Nyu-Yorkdan seçilən senator olaraq qalacaq və o, seçilmək üçün daha bir şans əldə edə bilər. Onun qalib gəldiyi adətən kimə səs verəcəyi əvvəldən bilinmədiyi əsas ştatlarda isə Barak Obama ilə Demokrat partiyası gələn aylarda onun tərəfdarlarının olduqca güclü dəstəyinə əmin ola bilərlər.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik