|
Bakıda pornoqrafiyaya ilə bağlı iş məhkəməyə göndərilib
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bu günlərdə Bakıda pornoqrafik film və süjetləri yaymaqda ittiham edilən bir vətəndaşın istintaqı yekunlaşıb və iş məhkəməyə
göndərilib.
Barəsində cinayət işi qaldırlmış şəxs cinayət məcəlləsinin 242-ci maddəsi ilə ittham olunur, yəni pornoqrafik materialları və əşyaları qanunsuz yaymaqda. Baş prokurorluğun sözcüsü Vüqar Əliyev deyir ki, həmin vətəndaş bu işi internet-klubda təşkil etmişdi. Bundan savayı təqsirləndirilən şəxs habelə pornoqrafik süjetləri "internet-klub istifadəçilərinin mobil telefonlarına da yükləyirmiş". Maraqlıdır ki, son zamanlar Bakıda mobil telefonlar vasitəsilə pornoqrafik süjetlər yayılır və bəzən hətta tanınmış şəxslərin də əks olunduğu deyilən bu kadrlar mətbuat səhifələrində geniş müzakirə olunub. Mütəxəssislər isə deyir ki, mobil rabitə texnologiyaları sürətlə inkişaf etdiyindən və əksəriyyət üçün əlçatan olduğundan bunun qarşısını almaq qəliz işdir. Öz növbəsində Vüqar Əliyev xatırladır ki, cinayət məcəlləsi belə fəaliyyətlə məşğul olanları məsuliyyətə cəlb etməyə imkan
verir. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||