30 May, 2008 - Published 10:58 GMT
Hesabatda deyilir ki, aparıcı alman klubları mənfəət baxımından Britaniyanın premyer liqasını geridə qoyub.
Lakin hesabatda Britaniya klublarının da yüksək gəlir qazanmaqda davam etdiyi qeyd olunur.
Alman klubları, Britaniyadakılarından fərqli olaraq, Avropa klub yarışlarında orta nəticələr göstəriblər. Ancaq söhbət mühasibat balansından gedirsə, onlar siyahının başındadırlar.
Mühasibat şirkəti Deloittun hesabatına görə, bundesliqa 2006-2007-cı ildə Avropada ən gəlirli liqa olub və Britaniyanın premyer liqasını ötüb keçib, baxmayaraq ki, Britaniyanın aparıcı klubları iki dəfə artıq gəlir əldə ediblər.
Səbəb isə sadədir. Alman klubları biznes istiqamətində irəliləyərkən, Britaniya klubları da vəsaitlərini meydançada uğur qazanmaq üçün xərcləyibdilər.
Britaniya klublarının əldə etdikləri gəlirinin üçdə ikisi oyunçuların maaşına sərf olunur, alman klubları isə gəlirlərinin yarısından azını oyunçulara ödəniş olaraq sərf edirlər.
Britaniya klublarında maaşlar İspaniya, İtaliya və yaxud Fransa klublarındakından iki dəfə artıqdır.
Son zamanlar xarici sərmayəçilərin Britaniya klublarını alması, məsələn, elə götürək Çelsi klubunun sahibi Roman Abromoviçi, gəliri qələbəyə güzəştə getmiş ola bilər.
Ancaq digər klublar böyük kreditlər götürüblər və narahatlığa səbəbləri var.