http://www.bbcazeri.com

29 May, 2008 - Published 12:53 GMT

Ərzaq qiymətləri aşağı düşəcək

Dünyanın ərzaq bazarlarının vəziyyətini dəyərləndirən beynəlxalq hesabata əsasən qiymətlərin yüksək olması uzun davam etməyəcək.

Buna baxmayaraq, qiymətlər keçmişdəkindən fərqli olaraq yüksək olacaq.

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə hazırladıqları hesabatda deyilir ki, son zamanlar qiymətlərin artmasına səbəb olan faktorların bəzisi keçəridir.

Məsələn, dünyanın buğda hasil edilən regionlarında hava şəraiti pis olub.

Hesabatda bildirilir ki, normal şərait bərpa edilən kimi qiymətlər düşəcək.

Amma başqa faktorlar, daha doğrusu, inkişaf etməkdə olan ölkələrdə yüksək istehlakçılıq qabiliyyəti o demək olacaq ki, qiymətlər keçmişdəki səviyyəyə düşməyəcək.