http://www.bbcazeri.com

12 May, 2008 - Published 12:53 GMT

Yuriy Lujkovun Ukraynaya girişinə qadağa qoyulub

Ukraynanın təhlükəsizlik xidməti Moskva meri Yuriy Lujkovun ölkəyə daxil olmasına qadağa qoyub.

Buna səbəb onun Qara Dənizin Sevastopol liman şəhərində Ukraynanın suverenliyini sual altına alması olub.

Kəşfiyyat xidməti deyib ki, cənab Lujkov Ukraynanın milli maraqlarına və ərazi bütövlüyünə hücum etməmək barədə xəbərdarlıqları qulaq ardına vurub.

Sevastopoldakı nitqi zamanı cənab Lujkov etnik ruslardan ibarət dinləyicilərə deyib ki, Rusiyanın Sevastopol dəniz bazasına qanuni haqqı çatır.

Bu nitq Qara Dəniz Donanmasının 225 illiyinə həsr olunmuşdu.

Rusiyanın bazanı icarəsi 2017-ci ildə başa çatır.

Ukrayna icarə müddətini uzatmayacağını bildirib.