http://www.bbcazeri.com

12 May, 2008 - Published 10:10 GMT

Livanda gərginlik artıb

Livan ordusu Beyrut yaxınlığındakı dağlıq ərazilərdə mövqe qurub

Buna səbəb ötən gecə qərbpərəst hökumətin və Hizbullanın başçılıq etdiyi müxalifət tərəfdarları arasındakı güclü atışmalar olub.

Toqquşmalar zamanı Şvayfat şəhərində bir neçə nəfər həlak olub.

Deyilənə görə, Beyrutda gərginlik hiss olunur.

1990-cı ildə başa çatan 15 illik vətəndaş müharibəsindən sonra Livanda təriqətlər arasında belə pis iğtişaşlar olmayıb.

Ərəb Liqasının baş katibi Əmr Musanın başçılıq etdiyi nümayəndə heyətinin tezliklə Livana gələcəyi gözlənilir.