http://www.bbcazeri.com

11 May, 2008 - Published 19:05 GMT

Naxçıvanda ərzaqa qiymətlərin artım sürərti

Naxçıvan Azərbaycnın qalan hissəsindən təcrid olunduğundan burada sosial problemlər adətən daha həssas və çözümü çətin hesab olunur.

İndi bir çox dünya ökələrində müşahidə edilən ərzaq qiymətlərinin artımı və qıtlığının Azərbaycanda da yan keçmədiyi söylənilir.

Əyalət bu mənada zəif halqa kimi qiymətləndirlir. Naxçıvan sakini Meydan Babayev deyir ki, indi bölgədə "un tapmaq heç də asan deyil".

Digər yerli sakin Ədalət Abbasov isə güman edir ki, un qıtlığı yerli inhisarçı şirkətlərin fəaliyyətinin nəticəsidir

Muxtar respublikda müşahidə edilən başqa bir tendensiya qiymətlərin kəskin artmıdr.

Əslində bu tendensiya bütün ölkəyə xasdır.

Amma müqayisə etmək imkanına mailk Ədalət Abbasov bu mənada əyalətin paytaxtı üstlədyi qənaətindədir."Burada qiymətlər çox dəhşətli şəkildə qalxır".

Deyilənlərə görə, ən ciddi qiymət artımı undan savayı, yağa, ətə və qəndə müşahidə olunur.

Ölkədə inflayasinın araşdırlması ilə məşqul olan İqtisadi Tətqiqatlar Mərkəzi aprel ayında əyalətdə qiymətlətin artmının paytaxat Bakını ötdüyü qənaətinə gəlib.

Belə ki, əgər Bakıda inflyasiya 2.92% təşkil edibsə, əyalətdə bu göstərici 3.39 %-dir. Xatırldaq ki, söhbət təkcə aprel ayından gedir.

Mərkəzin rəhbəri Qubad İbadoqlu hesab edir ki, burada əsas amaillərdən biri dövlət büdcəsinin getdikçə artmasından qaynaqlanır və indi müşahidə edilən qiymət artımı hələ son həddinə çatmayıb."Payızda qiymətlər daha da aratacq".

Öz növbəsində Milli Məçlisin iqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədov hesab edir ki, hökümətin artan maliyyə imkanları mümkün ərzaq böhranını minimuma endirmıyə əsas verir və ciddi narahatçılıq üçün əsas yoxdur.

Bununla belə millət vəkili qiymət artımını "labüd" hesab edir.