http://www.bbcazeri.com

10 May, 2008 - Published 10:42 GMT

Tsvangiray ikinci mərhələdə iştiraka razı oldu

Zimbabve müxalifətinin lideri Morqan Tsvangiray deyib ki, prezident Robert Muqabeyə qarşı seçkilərin ikinci mərhələsində iştirak etməyə hazırdır.

Bundan əvvəl Tsvangiray ikinci mərhələyə ehtiyac olmadığını, özünün elə mart ayında birinci mərhələdə qalib gəldiyini israr edirdi. Cənubi Afrikada çıxış edən müxalifət lideri deyib ki, səsvermə iki həftənin içində keçirilməlidir və ona beynəlxalq müşahidəçilər və jurnalistlər sərbəst şəkildə buraxılmalıdırlar.

Tsvangiray eləcə də, öz tərəfdarlarına qarşı zorakılıqlara son qoyulmasını tələb edib və Zimbabveyə Cənubi Afrika sülhməramlı əsgərlərinin göndərilməsinə çağırıb.

Rəsmi nəticələr Morqan Tsvangirayın elə ilk mərhələdə səslərin əksəriyyətini qazandığını göstərirdi. Lakin tam əksəriyyəti əldə etmək üçün ona çox az səs kifayət etməyib.

Zimbabvenin Mərkəzi Seçki Komissiyası hələki ikinci mərhələnin tarixini elan etməyib.