BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 31 May, 2008 - Published 12:09 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Putin yenidən NATO-nun genişlənməsinə qarşı çıxış edib
 
Rusiyanın baş naziri Vladimir Putin yenidən NATO-nun şərqə doğru genişlənməsi təkliflərinə qarşı kəskin çıxış edib.

Fransaya səfəri zamanı "Le Monde" qəzetinə verdiyi müsahibədə cənab Putin deyib ki, NATO-nun genişlənməsi Avropada yeni maneələr, onun ifadə etdiyi kimi, "yeni Berlin divarı" yaradacaq.

Putinin sözlərinə görə, yeni səddlər bu dəfə gözə görünməsə də, Berlin divarından az təhlükəli olmayacaq.

Rusiya keçmiş Sovet İttifaqı respublikaları olan Ukrayna ilə Gürcüstanın NATO-ya daxil olmasının əleyhinədir.

Vladimir Putin eləcə də deyib ki, o, Gürcüstan prezidenti Mixail Saakaşvilinin Abxaziyaya dair planını bəyənir.

Həmin plan özünü müstəqil elan etmiş Abxaziyaya muxtariyyətin verilməsini nəzərdə tutur.

Bununla belə, Putin açıq bildirib ki, Saakaşvilinin planı Abxaziyanın separatçı liderlərinin də dəstəyini qazanmalıdır.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik