|
Bakıda “Şərq-Qərb” beynəlxalq kinofestivalı başlayır
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bu arada isə Bakıda Azərbaycan kinematoqrafçılarının qurultayı başa çatıb. Qurultayda Azərbaycanda kino sənətinin inkişafı yolları müzakirə edilib. Sirr deyil ki, son illər Azərbaycan kinosu müəyyən problemlərlə üz-üzə qalıb. Azərbaycan kinosunun əsası hələ ötən əsrin əvvəllərində qoyulub və 20-ci əsr boyunca ölkədə indiyə kimi baxılan və nümayiş etdirilən sənət əsərləri lentə alınıb. Bu sənət növü nəsillərin yaddaşında qalan çox sayda peşəkar aktyorun yetişməsinə təkan verib. Lakin son illər Azərbaycan kinosunun böhranlı vəziyyətdə olduğu deyilir. Bunu isə çox zaman maddi problemlərlə baqlyırlar. 2008-ci ilin dövlət büdcəsindən kinematoqrafiyaya 6 milyon manat vəsait ayrılıb. Bu isə təxminın 7-8 ortabab filmin lentə alınmasına bəs edir. Kinoaktyor Rasim Balayev deyir ki, 90-cı illərdə kinematoqrafiyada baş qaldıran durğunluq son nəticə etirbarilə "sovet dövründə yetişmiş sənətçilər nəsli ilə müasir nəsl arasında əlaqənin itməsinə şərait yaratdı". Başqa bir problem isə kinosənayəsində peşəkar idarəçilərin qıtlığıdır. Kinorejissor Əliisa Cabbarov hesab edir ki, müasir "kino yeni iqtisadi şəraitə uyğunlaşa bilməyib". Bundan başqa, peşəkar menecerlərin azlığı problemi daha da dərinləşdirir. Digər bir problem kimi isə gənclərin kino sənətinə sönük maraq göstərməsi qeyd olunur. Belə ki, bir çox istedadlı gənc maddi cəhətdən az perspektivli olan kinoya maraqsız yanaşır. Əvəzində onlar böyük pulların dövr etdiyi digər sənət sahələrinə üz tuturlar. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||