BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 30 May, 2008 - Published 14:51 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Rusiya: neft nəhəngləri arasında çəkişmələr
 
Rusiyanın aparıcı neft şirkətlərindən biri TNK-BP müştərək müəssisəsinin Rusiyalı səhmdarları şirkətin icraçı direktoru Robert Dudley-ni istefa verməyə çağırıblar.

Son zamanlar TNK-BP şirkəti artan təzyiq hədəfinə çevrilib. Təzyiqin məqsədi bu şirkəti öz səhmlərini dövlətin nəzarətində olan Rosneft və ya Qazprom şirkətlərinə satmağa məcbur etməkdir.

Rusiyalılar Robert Dudley-ni yalnız BP maraqlarını güdməkdə ittiham edirlər. Şirkətdə reydlər keçirilib, əməkdaşlardan biri isə texnoloji cəsusluqda ittiham olunub.

Şirkərkətin xarici əməkdaşları üçün vizaların verilməsində problemlər yaranıb.

İddia edildiyi kimi, vergilərdən yayınmağa görə TNK-BP-nin keçmiş şöbələrindən birinə qarşı istintaq aparılır.

Hazırda şirkətin iki hissəsi arasında, demək olar kı, müharibə gedir.

Təhlilçilər hesab edirlər ki, bu yolla Rusiyalı səhmdarlar TNK-BP-nin dövlət enerji şirkətinin nəzarətinə keçməsinin qarşısını almağa çalışırlar.

Deyilənlərə görə, TNK-BP-nin Rusiya hissəsinə ya Qazprom, ya Rosneft göz dikib.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik