Dünya Bankı yoxsul ölkələrə ərzaq və yanacaq qiymətlərinin artması ilə bağlı bir neçə milyard dollarlıq yardım proqramını
işlədiyi bir vaxtda Venesuelada Latın Amerikası liderləri qlobal qiymət artmasının bu bölgəyə təsirini müzakirə etməyə başlayıblar.
Görüşdə iştirak edən Latın Amerikası və Karib adalarının 26 ölkəsi məsələyə dair birgə siyasət işləməyi qarşılarına məqsəd
qoyublar.
Dünən Dünya Bankının prezidenti Robert Zoellik deyib ki, Karib ölkəsi olan Haiti yeni yardım planından faydalanacaq ilk ölkələr
sırasında olacaq.
Həmin yardım proqramı maliyyə kreditləri və qrantların verilməsini nəzərdə tutur.
Dünya Bankının hesablamalarına görə, son 3 il ərzində ərzaq qiymətləri 80 faizdən çox yuxarı qalxıb.
Qurum eləcə də yeni aqrar mövsumu ərəfəsi kiçik fermerlərə yardım paketini nəzərdə tutur.
|