|
Futbol: FIFA mübahisəli "6+5" planini qəbul edib
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
FİFA prezidenti Zepp Blatter deyib ki, onun "6+ 5" adı ilə tanınan təklifi milli futbol komandalarının birliyini qoruyacaq və yerli futbol istedadlarının inkişafına təkan verəcək. Lakin Zepp Blatterin bu təklifi Avropa Komissiyası tərəfindən kəskinliklə qarşılanır. Avropa Komissiyası bu planın qeyri-qanuni olduğunu və ayrı-seçkiliyə əsas yaratdığını deyib. Təklifin eləcə də Avropanın böyük klubları və milli futbol assosiayasiyaları tərəfindən mənfi qarşılanacağı gözlənilir. Zepp Blatterin təklifi ondan ibarətdir ki, milli komandalarda əcnəbi futbolçuların sayı 5-dən çox olmasın. Cənab Blatter bu dəyişikliklərin 2012-ci ilə qədər qüvvəyə minəcəyini istəyir. FİFA prezidenti Avropanın futbol lobbisini bu oyunun maraqlarına xələl gətirməkdə günahlandırır. Zepp Blatter islahatın milli komandaları qoruyacağında və gənc oyunçulara yardım edəcəyində israrlıdır. FİFA başçısı yaxşı bilir ki, onu qarşıdan ağır mübarizə gözləyir, lakin o əmindir ki, bu plan məsləhətləşmələrdən keçəndən sonra uğurlu olacaq. Most football associations from around the world have backed a controversial plan by the sport's governing body, Dünyanın futbol assosiyasiyalarının əksəriyyəti Blatterin "6+5" planını artıq dəstəkləyib. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||