|
Azərbaycan: sərbəst toplaşma qanununa əlavələr təsdiq edilib
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Dəyişikliklərə görə, kütləvi aksiyanın keçirilməsi üçün icazə almaq yox, müvafiq icra orqanını xəbərdar etmək lazımdır. Bu xəbərdarlıq isə tədbirin keçirilməsindən ən azı 5 gün əvvəl edilməlidir. 1998-ci ildə qüvvəyə minmiş qanuna əlavə və dəyişikliklər Milli Məclisin bu günkü iclasında təsdiqləndi. Milli Məclis rəhbərliyi bildirir ki, bu şəkildə qanuna düzəlişlər Avropa Şurası ekspertlərinin müsbət rəyini alıb. Buna baxmayaraq, müxalifətdən olan millət vəkilləri düzəlişlərin bu cür qəbulunun yolverilməz olduğunu hesab edirlər. Millət vəkili Pənah Hüseynin sözlərinə görə, bu qanun Avropa standartlarına uyğun gəlmir. Qanuna düzəlişləri təqdim edən İnsan haqları komissiyasının sədri Rəbiyət Aslanovanın sözlərinə görə, bundan sonra kütləvi aksia keçirmək üçün icra orqanından icazə almağa ehtiyac olmayacaq. Yalnız təbirin keçirilməsindən 5 gün əvvəl müvafiq icra orqanını xəbərdar etmək lazımdır. Müxalifətin isə əsas irad bildirdiyi məqam bununla bağlı idi. Qüdrət Həsənquliyevin sözlərinə görə, kütləvi aksiyalar keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə artıq səlahiyyətlər verilib. Elə bu gün mayın 4-ü və 18-nə planlaşdırdığı mitinqləri təxirə salan Müsavat partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı məhkəmə iddiası icraata götürülüb. Bundan əvvəl Müsavat partiyası hökumətin müəyyənləşdirdiyi 4 yerdə mitinq keçirmək istəməsi ilə bağlı icra hakimiyyətinə müraciət etmişdi. Amma icra orqanı yalnız Bibiheybət qəsəbəsində mitinq keçirtməyə icazə verib. Partiya isə həmin ərazinin kütləvi aksiya keçirilməsi üçün yararlı olmadığını hesab edir. Belə bir ərəfəyə təsadüf edən parlamentdəki müzakirələrdə hakim Yeni Azərbaycan partiyasının icraçı katibi Əli Əhmədov müxalifətin qanunu və hökuməti ittiham etməsini onun bacarıqsızlığı ilə bağladı. Qanuna təsdiqlənmiş düzəlilərə əsasən, bundan sonra yas və toy mərasimlərində sərbəst toplaşma azadlığı məhdudlaşdırılır, xarici vətəndaşlara isə kütləvi aksiyalar keçirməyə icazə verilir. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||