|
Şaron Stonun dedikləri Çində böyük qəzəb dalğasına səbəb olub
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Fransanın moda evi Christian Dior Hollivud ulduzu Şaron Stonu Çindəki reklamlarından çıxarmaq məcburiyyətində olub.
Buna səbəb onun Siçuan zəlzələsi ilə bağlı dedikləri olub. Kann film festivalı zamanı danışan aktrisa deyib ki, zəlzələ Çinin Tibet əhalisi ilə rəftarı ucbatından pis karmanın nəticəsi ola bilərdi. Christian Dior bildirib ki, Şaron Stonun şərhindən təəssüf hissi keçirir. Xanım Ston da Çin xalqının dediklərindən incidiyinə görə üzr istəyib. Onun şərhi Çində böyük qəzəb dalğasına səbəb olub. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||