|
Bu gün beynəlxalq sülhməramlılar günüdür
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Elə bu gün məlum olub ki, Azərbaycan Əfqanıstandakı sülhməramlıların sayını iki dəfə artıraraq 100 nəfərə çatdırmağa qərar
verib və müvafiq müraciət parlamentə göndərilib.
Bu arada NATO komandanlığı İraqdakı sülhməramlı korpusun tərkibində xidmətlərinə görə, bir qrup azərbaycanlı zabiti Amerikanın "Hərbi-dəniz qüvvələri və dəniz piyadalarının nailiyyət medalı" ilə təltif edib. Azərbaycan 2002-ci ildən dünyanın müxtəlif güşələrində sülhməramlı əməliyyatlarda iştirak edir. 31yaşlı Ramal bir neçə ay ərzində İraqda beynəlxalq qüvvələrin tərkibində xidmət edib. Ramal sülhməramlı kimi xidmətini həyatı boyunca ən yaddaqalan təcrübə hesab edir. Belə ki, yad və hərbi toqquşmaların səngimədiyi bir ölkədə sabitlik yaratmaq kifayət qədər qəliz iş hesab olunur. Buna baxmayaraq, o, xidmətlərinin pis getmədiyini və bunun yerli əhalinin münasibətindən qaynaqlandığını söyləyir. "Sadə iraqlılar bizə çox yaxşı yanaşırdılar və kömək edirdilər" Lakin İraqda xidmət etmiş heç də bütün azərbaycanlı hərbi qulluqçular xidmətlərinin hamar getdiyini demirlər. 7 ay ərzində İraqda xidmət etmiş Bəhruz bu ölkəyə sülhməramlı qismində yollanmağı könüllü seçmişdi. Bəhruz xatırlayır ki, sülhməramlıların bu günə kimi itkisiz qulluq etmələri çox vaxt təsadüfi xoşbəxtlik üzündən baş verib. "Demək olar hər gün qonşu kənddən bizə tərəf atəş açılırdı". Hazırda İraqda 150, Əfqanıstanda isə 45 Azərbaycan hərbi qulluqçusu xidmət edir. Son vaxtlara qədər azərbaycanlı zabit və əsgərlər Kosovoda da qulluq edirdilər. Lakin bu bölgə öz müstəqilliyini elan edəndən sonra rəsmi Bakı aprel ayında öz sülhməramlılarını geri çağırıb. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||