 |
|
| Bən Ki Munun fikrincə, beynəlxalq yardımla ölkədə sabitliyi və təhlükəsizliyi bərqərar edərək inkişafa nail olmaq mümkündür |
İsveçdə keçirilən beynəlxalq konfransda İraqın yenidən qurulması məsələsi müzakirə edilir.
Toplantını açan BMT baş katibi Bən Ki Mun deyib ki, İraq, onun təbirincə desək, uçurumdan geri çəkilməkdədir.
Onun fikrincə, beynəlxalq yardımla ölkədə sabitliyi və təhlükəsizliyi bərqərar edərək inkişafa nail olmaq mümkündür.
Daha öncə Amerikanın dövlət katibi Kondoliza Rays İraqın inkişafını dəstəkləmək üçün beynəlxalq yardıma çağırıb.
İraqın baş naziri Nuri Əl Məliki başqa dövlətlərin borcların ödənilməsi işində yardım edəcəyinə ümid etdiyini deyib.
|