BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 28 May, 2008 - Published 11:30 GMT
 
Dostunuza göndərin   Çap versiyası
AŞPA Ermənistan rəhbərliyinə də iyunadək vaxt verdi
 
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi özünün Kiyevdə keçirilən son yığıncağında Ermənistanda demokratik təsisatların fəaliyyətinə dair qətnamənin müddəalarına təşəbbüslə yanaşdığı üçün Ermənistan rəhbərliyinə təşəkkür edib.

1609 nömrəli həmin qətnamədə, rəsmi Yerevanın öhdəliklərinə əməl etməyəcəyi təqdirdə Ermənistan nümayəndə heyətinin Assambleyadakı səsvermə hüququnun alınması variantını da nəzərdə tuturdu.

Ermənistan tərəfinə seçki qanunvericiliyinə Venesiya Komissiyasının tövsiyələrinə uyğun dəyişikliklər etmək, müxalifətlə dərhal dialoqa girmək, etirazçılara qarşı irəli sürülmüş süni və saxta ittihamlara xitam vermək tapşırılmışdı.

Bundan əlavə Erməniistan rəsmiləri həbsdəki müxalifət nümayəndələrini azad etməli idilər.

Bununla yanaşı Komitə bir sıra müxalifətçilərin hələ də həbsdən azad edilməməsi ilə bağlı dərin narahatlığını bildirib.

Komitə ümid etdiyini bildirib ki, Ermənistan hökumətinin tövsiyələri yerinə yetirmək üçün həmsədrlərin Yerevana səfərinədək vaxtı var.

Həmsədrlər Yerevana Parlament Assambleyasının iyun sessiyasına bir həftə qalmış gələcəklər.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik