BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 28 May, 2008 - Published 11:42 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Əli Laricani İranın növbəti prezidenti ola bilər
 
laricani
Əli Laricani - daha praqmatik mühafizəkar
İranın keçmiş baş nüvə danışıqçısı Əli Laricani İran parlamentinin sədri seçilib.

Onun namizədliyini parlamentdə çoxluq təşkil edən mühafizəkar millətvəkilləri irəli sürmüşdülər.

Bununla belə Ağayi Laricani president Mahmud Əhmədinejadla müqayisədə daha praqmatik mühafizəkar sayılır.

Əli Laricani İranın mühafizəkar siyasi isteblişmentinin davamçılarından biridir.

Ruhani ailəsindən çıxmış cənab Laricani ölkənin ali ruhani lideri Ayatolla Xameneyinin sadiq müttəfiqidir.

O, 10 il İranın Dövlət Radio və TV şirkətinin başçısı olub.

Bu vəzifəsindən istifadə edərək o, İslam əleyhinə və yaxud qərbpərəst hesab edilən proqramların yayınlanmasının qarşısını alıb.

2005-ci ildə prezident seçilmiş Mahmud Əhmədinecad onu İranın Qərblə ziddiyyətli nüvə proqramına dair danışıqlarında əsas vasitəçi təyin edir.

Ötən ilin payızında cənab Laricani vəzifəsindən istefa verib.

Buna səbəb kimi prezidentlə fikir ayrılığı göstərilir.

Bu yaxınlarda o, Qum şəhərindən millət vəkili seçilib.

Parlamentin spikeri vəzifəsinə seçilməsi cənab Əhmədinecadın iqtisadiyyatın vəziyyəti və inflyasiyanın yüksək olması ilə bağlı həm islahatçıların, həm də mühafizəkarların tənqidinə tuş gəldiyi bir vaxta təsadüf edir.

Ötənlərdə bəzi parlament spikerləri bu vəzifədən prezident kürsüsü uğrundakı yarışlarda iştirak etmək üçün istifadə ediblər.

2005-ci ildə prezident seçkilərində namizədliyini irəli sürən cənab Laricaninin də məhz bu addımı ata biləcəyinə dair fikirlər mövcuddur.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik