BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 13 May, 2008 - Published 01:10 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Corc Buş: "İransız və Suriyasız Hizbullah heç nədir"
 
bush
Prezident Buş deyib ki, Amerika Birləşmiş Ştatları nəzarətin İran tərəfindən dəstəklənən Hizbullahın əlindən alınması üçün Livan silahlı qüvvələrinə və hökumətə praktik yardım edəcək.

“Mən başa düşə bilmirəm ki, bu cür silahlanmış Hizbullah olan bir cəmiyyətdə necə yaşamaq olar?”, - deyib cənab Buş .

Ərəb televiziyasına müsahibəsində prezident Livan ordusuna konkret köməyin nədən ibarət olacağını açmayıb.

O deyib ki, Hizbullah öz xalqının əleyhinə çıxış edib və hökumətə ona cavab verməkdə qabil olması üçün kömək edilməlidir.

O deyib ki, İranın və Suriyanın dəstəyi olmasa Hizbullah heç nədir.

Prezident Buş Tehrana və Dəməşqə xəbərdarlıq edərək bildirib ki, beynəlxalq icma bird aha yol verməyəcək ki, Livan onların əlaltıları vasitəsilə xarici əsarət altına düşsün.

Ötən həftəsonu Hizbullah Livan paytaxtının bir sıra məhəllərində nəzarəti ələ alıb.

Hökumət cavab tədbirləri görmək niyyətində olduğunu bildirib.

Prezident Corc Buş İsrailin 60 illiyi, Saudiyyə-Amerika əlaqələrinin 75 illik yubileylərində iştirak üçün Yaxın Şərqə 5 günlük səfərə çıxır.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik