BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 12 May, 2008 - Published 12:53 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Yuriy Lujkovun Ukraynaya girişinə qadağa qoyulub
 
Sevastopol
Cənab Lujkov etnik ruslardan ibarət dinləyicilərə deyib ki, Rusiyanın Sevastopol dəniz bazasına qanuni haqqı çatır
Ukraynanın təhlükəsizlik xidməti Moskva meri Yuriy Lujkovun ölkəyə daxil olmasına qadağa qoyub.

Buna səbəb onun Qara Dənizin Sevastopol liman şəhərində Ukraynanın suverenliyini sual altına alması olub.

Kəşfiyyat xidməti deyib ki, cənab Lujkov Ukraynanın milli maraqlarına və ərazi bütövlüyünə hücum etməmək barədə xəbərdarlıqları qulaq ardına vurub.

Sevastopoldakı nitqi zamanı cənab Lujkov etnik ruslardan ibarət dinləyicilərə deyib ki, Rusiyanın Sevastopol dəniz bazasına qanuni haqqı çatır.

Bu nitq Qara Dəniz Donanmasının 225 illiyinə həsr olunmuşdu.

Rusiyanın bazanı icarəsi 2017-ci ildə başa çatır.

Ukrayna icarə müddətini uzatmayacağını bildirib.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik