|
Serbiyada növbədənkənar parlament seçkiləri
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Serbiyada nöbədənkənar parlament seçkiləri keçirilir.
Serbiyanın seçki komissiyası deyib ki,qeydiyyatda olan 7 milyon adamın 9.98% günün ilk 3 saatı ərzində səsvermədə iştirak edib. Bunu 2000-ci ildə Slobodan Miloşeviçin devrilməsindən sonra Serbiyada keçirilən ən əhəmiyyətli seçki kimi qiymətləndirirlər. Prezident Boris Tadiçin qərbpərəst alyansı Serbiyanın Avropaya inteqrasiyasına nail olmağa çalışır. Aşırı millətçi radikal partiya isə deyib ki, ölkə Avropa İttifaqından, bu təşkilat Kosovonun müstəqilliyini dəstəklədiyinə görə, yan durmalıdır. Söhbət Serbiyanın gələcəyindən getdiyindən seçkilərə qatılanların sayı da əvvəlki illərlə müqayisədə çoxdur. Ən yüksək göstəricilər şimaldakı Voyevodina əyalətində və paytaxt Belqradda qeydə alınıb. Bu ərazilərin hər 2-si ənənəvi olaraq qərbpərəstdirlər. Belqradın Zemon məntəqəsində adamlar səsvermə məntəqələrinə axışırlar. Onların arasında uşaqlı ailələr, tələbələr, təqaüdçülər də var. Adamlardan biri uzun illərdən sonra Serbiyanın Avropa istiqamətində hərəkət etdiyini təsdiq etmək üçün vacib anın yetişdiyini deyib. Amma bir yaşlı qadın həyatının Slobodan Miloşeviç hakimiyyətdə ikən yaxşı olduğunu vurğulayaraq böyük dəyişikliklər gözlədiyini bildirib. Serbiyanın zəif iqtisadiyyatı və Avropanın Kosovonun müstəqilliyini dəstəklədiyinə görə əhali arasında geniş qəzəb hissi ölkədə millətçiliyin artmasına səbəb olub. Serbiyaya Balkanlarda sabitliyin əsası kimi baxırlar. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||