|
Rusiyayla Ukrayna arasında Sevastopol düyünü
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bu gün Rusiya ilə Ukrayna Qara Dəniz Donanmasının 225 illiyini birgə qeyd edirlər.
Mərasim Sevastopol liman şəhərinin Krım bazasında keçirilir. Amma mərasimin ziddiyyətsiz ötüşməyəcəyi də gözlənilir. Çünki donanmanın mövcudiyyəti Rusiya ilə Ukrayna arasında gərginliyin artmasına səbəb olub. Sevastopol Ukrayna ərazisindədir. Hazırda Moskva bu bazanı Kiyevdən icarəyə götürüb. Amma icarənin müddəti başa çatmaq üzrədir. Və Ukrayna hökuməti icarəni müddətini artırmayacağını bildirib. 1783-cü ildə Knyaz Potyomkin tərəfindən əsası qoyulan Qara Dəniz Donanması Rusiya İmperiyasının qudrətini sübut edən rəmzlərindən birinə çevrilmişdir. Lakin Sovetlər İmperiyası 1991 ildə dağıldıqdan sonra Krım müstəqil Ukraynanın ixtiyarına keçdi. Və Rusiya birdən birə anladı ki, onun əsas Hərbi Dəniz qüvvələrindən biri - Qazara Dəniz Donanması - xarici limana çevrilmiş Sevastopolda mənzillənir. O zamandan bəri, Moskva Sevastopoldakı hərbi bazalarını arenda əsasında mənzilləyir. Lakin olan 2-tərəfli sazişin qüvvəsi 2017-ci bitəcək. Ukrayna höküməti aydın şəkildə bildirib ki, 2017-ci ildən sonra Rusiya qüvvələrinin Ukraynanı tərk etməsini istərdi. Bu həftə, 2-tərəfli münasibətlərin bu müstəvisində gəginlik artmış oldu. Buna səbəb, Rusiya tərəfinin, Kiyevin icazəsi olmadan, dəniz qüvvələrində raket sınağı keçirməsi oldu. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Vasil Kiriliç, sınağın Ukrayna ərazisində keçirildiyini, Rusiyalıların diqqətinə, xüsusi olaraq çatdırıb. Onun sözlərinə görə, Rusiya Federsaiyasının, Qara-Dəniz Donanması, istənilən təlim, məşq, və sınaq keçirməkdən əvvəl, 1997 ili sazişinə əsasən, bunu Ukraynanın müvafiq rəsmi qurumlarıyla razılaşdırmalıdır. Kiyev artıq Moskvaya Rusiya qüvvələrinin Sevastopoldan çıxarılmasının cədvəlini tərtibləmək istiqamətində təzyiq etməkdədir. Bu səylər, Ukraynanın, qudrətli qonşusunun təsiri altından çıxmaq strategiyasının tərkib hissəsidir. Bununla bağlı Moskva özünün Hərbi-Dəniz Qüvvələrinin - Qaara Dəniz sahilinin Rusiyaya aid hissəsində mənzilləyəcəyi barədə düşünməyə başlayıb, Lakin yeni hərbi baza infrastrukturunun vaxtında hazır olub-olmayacağı bəlli deyil. Sevastopolun Rusiya üçün strateji və tarixi əhəmiyyəti Moskvanın bu bazanı Kiyevə mübarizəsis güzəştə getməyəcəyi ehtimalını artırır. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||