|
Araz Ağalarov Abşeronda lüks kurort inşa etdirəcək
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycan mənşəli rusiyalı sahibkar Araz Ağalarov bəyan edib ki, Abşeron yarımadasında iri kurort zonasının tikintisi layihəsinə
başlayır. Bakıda olan cənab Ağalarov öz biznes-layihəsinin kommersiya baxımından rentabelli olacağına və Azərbaycana fayda
verəcəyinə ümid etdiyini də bildirib.
Kurort zonasını Abşeronun Nardaran və Pirşağı qəsəbələri arasındakı 300 hektarlıq bir ərazidə tikmək planlaşdırılır. Layihənin müəllifi Araz Ağalarov deyir ki, hazırda bu ərazidə ilkin işlər aparılır. Kurort zonasının dəyərinə gəlincə, Araz Ağalarov layihənin smetasının artıq qiymətləndirildiyini və onun 1 miyard dollar məbləğində olduğunu deyir. Rusiyalı sahibkar kurort zonasına yalnız Azərbaycan və Rusiyadan deyil, dünyanın bir çox ölkələrindən turistlərin gələcəyinə ümid etdiyini də bildirir. Layihənin 1 mlrd. dollar həcmində olması bu vəsaitin Azərbaycanın qeyri-neft sektoruna yatırılan ən iri sərmaylərdən biri edir. Lakin bu layihə ilə əlaqədar indi müəyyən skeptik fikirlər də səslənir. Xüsusən də layihənin mümkün ekoloji fəsadlarına dair. Ekoloji Proqnozlaşdırma Mərkəzindən Telman Zeynalov xatırladır ki, bir neçə il əvvəl dövlət başçısı Xəzər sahlindən 150 metrlik məsafədə tikintiləri qadağan edən bir fərman vermişdi. Telman Zeynalov kurort zonasının tikintisi fonunda Xəzərin ekologiyası üçün mühüm olan bu fərmanın unudulacağından narahatdır. Bundan savayı Telman Zeynalov kurort zonası layihəsnin ekoloji fəsadlar törədə biləcəyindən də qayğılanır. "Bütün tikililərin kanalizasiya suları yəqin ki, dənizə töküləcək". Bütün bunlardan savayı indi bəziləri həm də layihənin kommersiya baxımında rentabelli olub-olmayacağını ehtimal edir. Amma İqtisadi Təhqiqatlar Mərkəzindən Qubad İbadoqlu narahatlıq üçün ciddi bir əsas görmür. "Bu, dövlət və ya ictimai sərmayə deyil, özəl sərmayədir". |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||