|
Türkiyə İraqla sərhəddə 19 PKK-çını öldürdüyün deyir
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Türkiyə hərbiyyəsinə əsasən, ölkənin cənub-şərqində hava zərbələrilə ən azı 19 kürd silahlısı qətlə yetirilib.
Hava zərbələri İraq və İranla həmsərhəd Hakkari rayonuna endirilib. Hərbiyyə PKK-nın mövqelərinə, cümə günü özünün iki əsgərinin itkisilə nəticələnmiş hücuma cavab olaraq zərbə endirdiyini deyir. Türkiyədən muxtariyyət tələb edən PKK, Amerika və Aİ tərəfindən terrorçu təşkilat kimi tanınır. 1984-cü ildən bəri kürd silahlılarının mübarizəsi nəticəsində hər iki tərəfdən 30 mindən çox insan həlak olub. Son aylarda Türkiyə PKK-ya qarşı hərbi əməliyyatları genişləndirib. Onlardan bəziləri İraqın ərazisində aparılıb. Türkiyə İraqı, üsyançılara sığınacaq verərək, onların fəaliyyətinə mane olmamaqda ittiham edib. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||