BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 11 May, 2008 - Published 19:10 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Livanın ordusu toquşmaların qarşısını almağa çalışır
 
Siniora
Fuad Siniora bütün tərəfləri dialoqa çağırır
Livanda Hezbolla və onun müttəfiqləri Beyrutdakı hərbi birləşmələrini şəhərdən çıxarmağa başlayıblar. Hezbolla deyib ki, orduya küçələr üzərində nəzarəti ələ almaq icazəsi verir.

Bundan əvvəl ordu hökumətin şiə qrupuna qarşı tədbirlərini ləğv etmişdi. Məhz həmin tədbirlər Hezbollanın zorakı etirazlarına səbəb olmuşdu.

Ordu Hezbollanın özəl telerabitə şəbəkəsi məsələsi ilə məşğul olacağını deyib və Hezbolla ilə əlaqələrinə görə vəzifədən çıxarılmış hava limanının təhlükəsizlik rəisini işində bərpa edib. Bundan əvvəl televiziya ilə çıxışında baş nazir Fuad Siniora ordunu vəziyyəti nəzarət altına almağa çağırmışdı.

Televiziya ilə etdiyi çıxışda, baş nazir Siniora deyib ki, Hezbolla və hökumətpərəst silahlı qruplar arasında üç gün davam etmiş döyüşlər, ölkəni süqut etdirə bilməz.

Həmin döyüşlərdə 18 adam həlak olub. Fuad Siniora bildirib ki, vəziyyətdən çıxmaq üçün bütün tərəflər arasında şərt qoyulmadan dialoqa başlamaq lazımdır.

Bundan bir neçə saat əvvəl Hezbolla öz döyüşçülərini Beyrut küçələrindən yığışdırmışdı.

Lakin sünnilərin dəfn mərasiminə açılan atəş nəticəsində ən azı iki adam həlak olub.

Amerikanın dövlət katibi Kondoliza Rays İran və Suriyanı Hezbollanı Livan hökumətinə qarşı üsyana qalxmağa qızışdırmaqda ittiham edib.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik