BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 10 May, 2008 - Published 14:34 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Əgər o hakimiyyətə gəlsəydi, H. Əliyevin hakimiyyəti altında SSRİ dağılmayacaqdı.
 
Azərbaycan
Heydər Əliyev
Mayın 10-da Azərbaycanda sabiq prezident Heydər Əliyevin ad günü qeyd olunub.

Bu tarixlə bağlı ölkənin hər yerində rəsmi səviyyədə təşkil edilmiş tədbirlər keçirilib.

Prezident Əliyevlə uzun illər birgə çalışmış politoloq Vəfa Quluzadə BBC-nin Azərbaycan xidmətilə bəzi xatirələrini bölüşüb:

"Sovet sistemində karyera pilləkanı ilə yüksəlsə də, Heydər Əliyev heç zaman doqmatik, mühafizəkar bir adam olmayıb.

O olduqca praqmatik, müdrik, çevik düşünməyi bacaran bir insan idi.

Məsələn, perestroyka başlayanda, xatırlayıram ki, onunla söhbətlərim zamanı, Heydər Əliyev Sovet İttifaqında yayılmış pozuntular, anarxiya, qayda-qanunsuzluqdan çox şikayət edərdi.

1991-ci ildə Azərbaycan parlamenti Sovet İttifaqının saxlanılmasına səs verəndə, Heydər Əliyev buna etiraz etdi. Yəni qısa müddətdə Heydər Əliyev böyük transformasiya yolunu keçdi.

Məsələn, o müstəqil Azərbaycan dövlətində demokratiyanı, plüralizmi və müstəqil mətbuatı dəstəklədi.

Mən bununla əlaqədar bir epizodu xatırlayıram. Heydər Əliyev Amerika senatoru Səm Braunbəklə görüşürdü.

Nahar zamanı Braunbək H. Əliyevə belə bir sual verdi: "Cənab prezident, mən bilirəm ki, siz Sovet İttifaqında hakimiyyətə gəlməyin yarım addımlğında idiniz. Siz SSRİ-nin lideri olsaydınız, vəziyyət necə olardı? Sovet İttifaqı dağılardımı?"

H. Əliyev gülümsündə və əlini yuxarı qaldıraraq dedi ki,"Allaha şükür olsun mən o dövrdə Sovet İttifaqının rəhbəri olmadım, Azərbaycanın lideri oldum."

Yəni Heydər Əliyev müstəqil Azərbaycanın prezidenti olmağını özünün ən böyük missiyası hesab edirdi. O Sovet İttifaqının yükünü çiyinlərinə alıb, onu dağılmaqdan xilas etmək istəmirdi.

Lakin əgər o hakimiyyətə gəlsəydi, sözsüz ki, H. Əliyevin hakimiyyəti altında Sovet İttifaqı dağılmayacaqdı.

O çox sərt və güclü bir şəxsiyyət idi və o Sovet İttifaqında repressiv metodlarla qayda-qanun yarada biləcəkdi.

Brejnev və Andropov bilirdilər ki, Heydər Əliyev SSRİ-ni xilas edə biləcək bir şəxsiyyət idi.

Lakin onların yerinə hakimiyyətə zəif Qorbaçovun gəlməsi və Qorbaçovun Əliyevi özünə rəqib görərək, ondan qorxması, H. Əliyevin Politbürodan uzaqlaşdırılmasına səbəb oldu. "

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik