|
Vivaldinin "Argippo"su 278 ildən sonra yenidən səhnədədir
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Klassik bəstəkar Vivaldinin "Argippo" operası 278 ildən bəridir ki, ilk dəfə mayın 3-də Çexiyanın paytaxtı Praqada ifa olunacaq.
"Argippo" 1730-cu ildə Praqa üçün yazılmışdı və burada tamaşaya qoyulmuşdu. Ancaq sonradan partitura itir və opera səhnələrdən yoxa çıxır. Artıq partitura tapılıb və onun çatışmayan hissələri çex bəstəkarı Ondrej Macek tərəfindən bərpa olunub. Vivaldinin bu operasını çoxları axtarmışdı. Ancaq yalnız cənab Macek onu Almaniyada görən kimi tanıdı və onun Praqada Milli kitabxanda saxlanılan orijinal librettonun eynisi olduğunu anladı. O, deyir ki, bu, həyatın kəşfi idi. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||