29 Aprel, 2008 - Published 02:36 GMT
Orada isə bu baş verib ki, şəhər sakinlərindən biri, 73 yaşlı Yozef Fritsl 24 ildən çox bir müddət ərzində qızı Elizabeti evinin zirzəmisində qapalı saxlıadığını və qızının ondan 7 uşaq dünyaya gətirdiyini etiraf edib.
24 ildən çoxdur ki, qızı Elizabeti evinin zirzəmisində saxlayan və onunla 7 uşaq dünyaya gətirmiş avstriyalı Yozef Fritsli sükutu yarmağa qızından olan uşaqlarından birinin - 19 yaşlı qızın ağır xəstələnməsi olmuşdur.
Məsələnin üstü o, qızı xəstəxanaya gətirəndə və bunun kimin uşağı olduğu sualına cavab verməyə məcbur olanda açılmışdır.
Məlum olub ki, Yozef Fritsl 18 yaşlı qızı Elizabeti zirzəmiyə salmış, orada ona narkotik maddələr vermiş və əl-qolunu bağlamışdır. O, qızı dəfələrlə döyür və zorlayırmış.
Zirzəmidə dünyaya gələn körpələrdən biri anadan olduqdan az sonra tələf olanda, Yozef onun cəsədini, sadəcə, istixanada yandırmışdır.
Bu hadisə ilə bağlı çox sayda suallar qaldırılır. Necə olub ki, 24 il ərzində bu adam ikili həyat sürüb? Necə olub ki, onun arvadı belə evinin zirzəmisində nələrin baş verdiyindən bixəbər idi? Necə olub ki, heç kəsin bu qızın iztirabları barədə xəbəri olmayıb?
Məlum olan odur ki, Yozef qızını zirzəmidə bağladıqdan sonra onu məktub yazmağa məcbur edib ki, güya ki qız evdən çıxıb gedir. Belə ki, hamı əmin idi ki, gənc Elizabet sərbəst həyat sürmək üçün ata evini tərk edib.
Zirzəmidə dünyaya gələn 7 uşaqdan üçünü Yozef qızının kimdənsə doğduğu və indi baxa bilmədiyindən gizlicə ata evinin astanasına atdığı kimi qələmə verərək evə gətirmişdir.
Bu 3 uşaq normal şəraitdə böyümüşdür. Lakin geridə qalanlar bir dənə belə pəncərəsi olmayan zirzəmidə böyüyülərmiş.
Yozef zirzəmidə ilk dərəcəli şərait də yaratmışdır - orada ayaq yolu və mətbəxt, hətta televizor var idi.
Hazırda 42 yaşı olan Elizabet uşaqları ilə xüsusi nəzarət altındadır. Uşaqların isə böyünün 23, kiçiyinin isə 5 yaşı var.
Deyilənlərə görə, həmin 5 yaşlı oğlan uşağı, bu dəhşətli və inanılmaz əhvalatın üstü açıldıqdan sonra ilk dəfə olaraq işıq üzünü və xüsusilə də doğrusu maşın görəndə və hətta maşına oturanda, çox sevinmişdir.
Bu, onun üçün əsl möcüzə idi...