BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 29 Aprel, 2008 - Published 14:27 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Avstralia alimləri arıqlamaq yollarını arayır
 
Labarator siçanlar
Labarator siçanlar
Avstralia alimləri hesab edirlər ki, insanlara yeməklərini azaltmadan arığlamağa kömək etməyin yolunu tapa biliblər.

Melburndakı tədqiqatçılar sicanlarda metabolizmi sürətləndirmək üsulunu kəşv ediblər. Bunun üçün alimlər piy hüceyrələriylə manipulyasiya edirlər.

Alimlər hesab edirlər ki, bu üsuldan piyi əridən dərmanların hazırlanmasında və diabetin müalicəsinə kömək edə bilər.

Hüceyrələrlə manipulyasiya nəticəsində enzimlərin ixtisarından sonra, Avstraliya alimləri aşkar ediblər ki, siçanlar eyni miqdarda yemi yeməklə belə, daha çox kalori yandırmaq qabiliyyətini əldə edirlər və nəticədə çəkiləri daha az olur.

Angiontenzini çevirən enzim və yaxudda ACE-nin miqdarı az olan siçanlar normal siçanlardan orta hesabla 20 faiz yüngül olublar. Bu cür siçanlarda piy qatı isə digər normal siçanların piy qatından 60 faiz az çıxıb.

Onların sürətli metabolizminə görə, eləcə də, güman edilir ki, bu cür siçanlarda diabetin yaranması ehtimalı da az olmalıdır, çünki onların orqanizmində şəkər daha sürətlə emal olunur.

Bu təhqiqat arıqlama təblərinin yaradılmasına kömək edə bilər.

ACE-nin səviyyəsini orqanizmdə azaldan dərmanlardan yüksək təzyiqlə mübarizədə istifadə olunur.

Bu dərmanlar təhlükəsiz və ağrısız sayılır.

Sual isə ondan ibarətdir ki, həmin bu dərmanlar siçanları arıqladan kimi insanları da eyni cür arığladacağmı?

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik