BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə:
 
Dostunuza göndərin   Çap versiyası
Açıqlıq reytinqi hansı prinsiplər əsasında tərtib olunur?
 
Transperensi İnternational
Transperensi İnternational
Görəsən,Transperensi İnternational təşkilatının təqdim etdiyi açıqlıq reytinqini hansı prinsiplər əsasında tərtib edir və bunu hansı informasiyanın əsasında edir.

Həmsöhbətimiz Təşkilatın Berlin ofisinin rəhbəri Svetlana Savitskayadır.

- Bu araşdırma üçün istifadə edilmiş işçi çərçivə iki növ informasiayaya əsaslanır. Birincisi neft və qaz şirkətlərinin şəffaflıq dərəcəsi, ikincisi isə şəffaflığa dair tədbirlərin həyata keçirilmə dərəcəsi. Əslində bu iki növ informasiya bir-birinə bağlıdır. Məsələn deyək ki, vergilər barədə informasiya özlüyündə menecment, gəlir və iş siyasəti barədə informasiyaya işıq salır. Onu da əlavə etmək lazımdır ki, Beynəlxalq Valyuta fondunun və BMT antikorrupsiya konvensiyasının, Qlobal Kompakt da öz şəffaflıq qaydaları var.

Sual:Elə isə neft şirkətlərini və hökumətləri daha açıq olmağa, işlərini daha şəffaf şəkildə qurmağa məcbur edən alətlər varmı?

- Biz onları buna məcbur edə bilmərik, biz onlardan müəyyən anketlərin doldurulmasını razılaşdırılmış əsasda rica edə bilərik. Hökumətləri buna ölkənin qanunvericiliyi məcbur edə bilər və əlbəttə, bir də belə informasiya birjadan gələ bilər.

Sual: Bu sonuncu hesabatla bağlı gərək ki, Ekson şirkəti bildirib ki, hazırda məsələn Azərbaycan, Qazaxıstan və Nigeriya hökumətləri ilə şəffaflığa dair danışıqlar aparır. Bunu belə də başa düşmək olarmı ki, şirkətlər bəzən daha açıq infromasiyanı çalışdıqları ölkənin hökuməti ilə narazılıq olmasın deyə vermirlər?

- Transperensi bu informasiyaları bölüşür, lakin birbaşa şəffaflıq sahəsində hökumətlərlə şirkətlər birgə işləməlidirlər. Bu iş şərikli məsuliyyət tələb edir. Yəni həm hökumət, həm də şirkət informasiyanın açıq olmasında maraqlı olmalıdırlar.

Sual: Siz bundan əvvəl qanunvericilik dediniz. Neft və qaz şirkətləri xaricdə hansı qanunvericiliyə daha çox bağlı olurlar, öz ölkələrinin və ya işlədikləri ölkələrin?...

- Onlar hər iki qanunvericiliklə bağlı olurlar. Lakin bu da var ki, bəzən şirkətlər qanunvericiliyi öz xeyirlərinə əyməyi bacarırlar.

Sual:Belə çıxır ki, neft sənayesində şəffalıq daha çox hökumətlər arası siyasi məsələdir.

- Bəli bu da doğrudur.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik