|
Moskva Gürcüstanın müharibəyə hazırlaşdığını deyir
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Gürcüstan Abxaziyaya qarşı hərbi əməliyyat hazırlayır. Bunu bu gün Rusiyanın xarici işlər nazirliyi bəyan edib.
Öz növbəsində Rusiyanın Müdafiə nazirliyi bəyan edib ki, Moskva Abxaziyada yerləşdirilən Rusiya sülhməramlılarını çıxartmaq fikrində deyil, əksinə onların sayı artırılıb. Rəsmi Moskva bəyan edir ki, onun hərəkətləri bölgədə yeni qan tökülməsinin qarşısının alınmasına yönəlib. Rusiya xarici işlər nazirliyinin rəsmi bəyanatında bildirilir ki, bölgədəki qüc strukturlarının tərkibinin analizi Gürcüstanın Abxaziyaya qarşı hərbi əməliyyat üçün platsdarm yaratmasını göstərir. Nazirliyin bəyanatında qeyd olunur ki, Kodori dərəsindəki Gürcüstan hərbi və polis dəstələrinin ümumi sayı 1500 nəfəri keçir. Öz növbəsində Rusiyanın müdafiə nazirliyi bəyan edib ki, Rusiya sülhməramlıları Abxaziya və Cənubi Osetiyadan çıxarılmayacaqlar. Habelə müdafiə nazirliyi bildirir ki, Gürcüstanın Abxaziya və Cənubi Osetiyadakı Rusiya sülhməramlılarına və Rusiya vətəndaşlarına qarşı güc işlətmək cəhdlərinə adekvat və sərt cavab veriləcək. Əgər nəzərə alınsa ki, sözügedən separatçı bölgələrin əhalisinin tam əksəriyyatıı Rusiya vətəndaşlarıdır bəyanatın əhatə dairəsinin genişliyini görmək olar. Moskvada artıq açıq bildirilir ki, Rusiya Abxaziya və Cənubi Osetiyadakı vətəndaşlarını müdafiə etmək üçün güc də işlədə bilər. Özüdə bu bəyanatlar rəsmi səviyyədə edilir. Ekspertlərin zənnincə, Rusiyanın bölgədə əsaslı iştirakının birinci rəmzi onun MDB mandatı altında fəaliyyət göstərən sülhməramlı qüvvələridir. Bu baxımdan o bu qüvvələri cıxarmaq istəmir. Moskvalı ekspert Serqey Markedonovun zənnincə, sülhməramlı qüvvələrin bölgədə saxlanılması tək bu iştirak üçün lazım deyil. "Moskvanın zənnincə, əgər sülhməramlı qüvvələr bölgəni tərk etsə burada münaqişə yenidən alışa bilər. Moskva bu açıq münaqişənin Rusiyanın Şimali Qafqazına keçməsindən ehtiyyatlanır. Ona görə də o sülhməramlı qüvvələrin çıxarılmasında qətiyyən maraqlı deyil". Öz növbəsində ABŞ-da dərc edilən "Vaşinqton profayl" dərgisinin redaktoru Aleksandr Qriqoryev bildirir ki, Qərbin gözündə Rusiya sülhməramlıları artıq həqiqi mənada sülhməramlılar kimi qəbul olunmurlar, beləki, sülhməramlılar bitərəf olmalıdırlar: "Son illər ərzində Rusiya nümayiş etdirir ki, o sözügedən münaqişələrlə bağlı bitərəf yox, maraqlı tərəfdir. Ona görə də deyək NATO-da Rusiya sülhməramlılarının bölgədən çıxarılması məsələsi qaldırılır. Düzdür, eyni zamanda NATO-nun bu münaqişəyə birbaşa qarışması az mümkündür, ən yaxşı halda o öz işini bəyanatlar verməklə bitmiş hesab edəcək", deyir Aleksandr Qriqoryev. Bu arada ekspertlər bildirirlər ki, hazırkı böhram ciddi toqquşmalara gətirməyəcək. Moskvanın taktiki uduşu odur ki, o öz ciddi niyyətlərini göstərməklə çox guman Tbilisinin istənilən hərbi addımlardan vaz keçməyə məcbur edə biləcək. Tbilisinin uduşu odur ki, Rusiya Abxaziya və Cənubi Osetuya məsələlərində bir çoxları tərəfindən getdikçə daha çox maraqlı tərəf kimi qəbul olunur. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||