BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 29 Aprel, 2008 - Published 18:27 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Freedom House hesabatı Azərbaycan barədə
 
Freedom House
Freedom House
Amerikada mənzəillənmiş Freedom House təşkilatının 2008-ci ildə mətbuat azadlıqlarına dair hesabatına görə, son 12 ay ərzində keçmiş SSRİ ərazisində, Asiya və Şimali Afrikada narahatedici meyllər güclənməkdədir.

Əslində son 6 ildə mətbuat azadlıqlarının ildən-ilə pisləşdiyi qeydə alınıb.

Bütün dünya boyunca hesabatda əhatə olunmuş 195 ölkənin arasında Azərbaycan 168-ci yeri tutur.

Qazaxıstan və Tacikistan da həmin yeri bölüşürlər.

Azərbaycan azad olmayan ölkələr bölümünə düşür və onun göstəriciləri texniki baxımdan Rusiyadan bir qədər yaxşı olsa da, Qırğızıstan, Əfqanıstan, Efiopiya və Svazilend kimi ölkələrdən daha pisdir.

Freedom House-un hesabatında deyilir ki, mətbuatın vəziyyəti daha çox artıq mətbuat üçün məhdudiyyətləri olan ölkələrdə pisləşib.

Azərbaycanın topladığı bal 77-dən 75-ə düşüb.

Buna səbəb Realni Azerbaijan və Gündəlik Azərbaycan qəzetlərinin bağlanması və il ərzində 8 jurnalistin həbsi olub.

Yeri gəlmişkən, Freedom House təşkilatının Təhqiqatlar üzrə direktoru Kris Uolker bu cümə günü studiyamızın qonağı olub.

Onunla müsahibə bu axşamkı verilişimizdə səslənəcək.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik