BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə:
 
Dostunuza göndərin   Çap versiyası
Gen terapiyasının göz xəstəlikləri üçün rolu
 
İnsan  gözü
İnsan gözü
Britaniya və Birləşmiş Ştatlarda gen terapiyasının köməkliiyi ilə, nəsillikcə keçən, görmə qabiliyyətinin zəifliyi xəstəliyinin müalicəsinə cəhdlər edilir.

Bu üsül korluq səviyyəsində olan 100 minlərlə insanın vəziyyətini yaxşılaşdıra bilər.

Çərrahların və alimlərin kəşf etdikləri yeni müainə üsulu nadir göz xəstəliyini müalicə etməyə imkan verir.

Leber yaxudda LSA adlı nadir göz xəstəliyi, uzun illər boyu nəsillikcə korluq yaxudda korluğun müailəcə olunmayan bir növü kimi tanınıb.

Bucür xəstəlikdən əziyyət çəkən pasientlərin çoxunun uşaqlıqda qaranlıqda görmə qabiliyyəti çox zəif olub, 20-30 yaşlarına çatanda isə - onlar, görmə qabiliyyətlərini, demək olarkı, tamamilə itiriblər.

Lakin, indi, kliniki şəraitdə araşdırmalar aparan, Amerika və Britaniya alimləri, sözü gedən xəstəliyin müalicə üsulunu, gen terapiyasının köməkliyilə tapdıqlarını, deyillər.

Londonda göz cərrahiyə əməliyyatları aparan Professor John Marshall deyir ki, söhbət mürrəkkəb əməliyyatdan gedir.

"Bu iş 2 çətin hissədən ibarətdir. 1-ci hissədə viruslara düzgün gen daxil edilir. 2-ci də isə, bunun çüzi miqdarını gözün tor qişasıylə altda olan hüçeyrələr arasına yeridirlər. Beləliklə texniki baxımnan bu olduqca mürrəkəb bir cərrahiyə əməliyyatıdır".

Londondakı Mörfild Göz Xəstəlikləri Hospitalında bu cür prosedurdan keçənlərdən biri də yeniyetmə Stiven Howarthdır.

Cərrahiyə əməliyyatına qədər, Stiven gecə küçəyə çıxanda yalnız svetoforun və keçən maşınların işığını seçə bilirdi.

Lakin indi onun sözlərinə görə o yol işarələrini və səkinin qırağını görə bilir. Və 17 yaşlı yeniyetmə indi gələciyinə nikbin baxır.

Həkimlər, həm Amerikada, həm də Britaniyada, pasiyentlərinin sayını genişləndirmək istəyirlər.

Tədqiqatçılara görə, bu xəstəlikılə dünyaya gələn 100 minlərlə insan üçün indi gen terapiyası üsülundan faydalanmaq imkanı yaranır.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik