BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə:
 
Dostunuza göndərin   Çap versiyası
BP Azərbaycanın neft payını 80 faizə qaldıracaq
 
Neft qülləsi
Neft qülləsi
BP-Azərbaycan şirkətinin prezidenti Bill Şreyder Bakıda bəyan edib ki, yaxın 1-2 ay ərzində BP Azərbaycana qoyduğu sərmayələri qaytarıb qurtaracaq və bundan sonra onun Azərbaycanda hasil etdiyi neftin 80 faizi ölkənin ixtiyarına veriləcək.

Azərbaycanın öz neftinin böyük hissəsinə sahib çıxmağı gözlənildiyindən 7-8 il əvvəl baş verdi və bunun səbəbi dünyada neftə olan qiymətlərin artmasıdır.

Elə bu səbəbdən BP-nin 2008-ci ildə Azərbaycana köçürəcəyi pulların miqdarı ötən ilkindən 4 dəfə çox ola bilər.

Belə ki, neftə olan dünyadakı qiymətlər indiki səviyyədə qalsa, Azərbaycan bu il BP-dən 19 milyard dollardan çox alacaq.

Bill Şreyder həmçinin BP-nin şəffaflıq məsələlərinə çox ciddi əməl etdiyini bildirdi.

BP-Azərbaycan şirkətinin prezidenti Bill Şreyderin jurnalistlərə verdiyi məlumata görə, dünyada neftin qiyməti indiki səviyyədə qalsa, Azərbaycan BP-nin hasil etdiyi neftin öz payından bu il 19 milyard dollardan çox əldə edəcək.

Neft qiymətlərinin artması ilə yanaşı, Azərbaycanın daha çox pul əldə edəcəyinin daha bir səbəbi “əsrin müqaviləsi”nə əsasən təxminən 2 aydan sonra BP-nin ölkədə hasil etdiyi neftin 80 faizinin Azərbaycanın ixtiyarına verilməsidir.

Müqaviləyə əsasən, BP əvvəllər hasil etdiyi neftin 70 faizini özünə götürdüyü halda, Azərbaycana qoyduğu sərmayələri qaytardıqca bu faiz nisbəti Azərbaycanın xeyirinə dəyişirdi.

Əvvəllər faizin Azərbaycan üçün maksimal 80 faizə çatacağı 2016-cı il üçün gözlənilirdisə, neft qiymətlərinin artması BP-nin sərmayələrinin qaytarılmasını sürətləndirdi və Azərbaycan gözlənildiyindən daha tez öz neftinin böyük hissəsinə sahib oldu.

Bill Şreyderin dediyinə görə, bu məsələ onun şirkətini narahat etmir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik