|
İtar-Tass agentliyi xəbər verir ki, Bakıdakı Rusiya səfirliyi İranın Buşəhr Atom Stansiyası üçün nəzərdə tutulmuş yük üçün
lazımi sənədləri Azərbaycanın Xarici İşlər Nazirliyinə təqdim edib.
Artıq bir aydır ki, istilik-izolə materialları olduğu söylənən bu yük Azərbaycan-İran sərhədindəki kömrük məntəqəsində Azərbaycan
rəsmiləri tərəfindən saxlanırdı.
Rəsmi Bakı yükün BMT sanksiyaları kateqoriyasına aid olmamasından əmin olmaq üçün Moskvadan yükə dair təfsilatlı məlumat istəyirdi.
Bundan bir qədər əvvəl isə rəsmi Tehranın acıqlı bəyənatı rəsmi Bakı tərəfindən daha sərt bəyənatla qarşılanmış və İran İslam
Respublikasının Azərbaycandakı elçisinə nota təqdim olunmuşdu.
Rəsmi Bakı bildirirdi ki, bu, siyasi yox, sırf texniki məsələdir.
|