BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 28 Aprel, 2008 - Published 08:36 GMT
 
Dostunuza göndərin   Çap versiyası
İran Azərbaycanın qarşısında tələb qoydu
 
Buşəhr
"Yüklərin buraxılması üçün səy göstərmək və hadisələri izləmək Rusiyanın borcudur"
Iran xarici işlər nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni Azərbaycan rəsmilərindən Buşəhr atom elektrik stansiyasına Rusiya tərəfindən göndərilən avadanlığın İrana verilməsinə dair təcili tədbirlər görülməsini istəyib.

Xatırladaq ki, Azərbaycan tərəfi bu avadanlıqları sərhəddə saxlayıb və onların BMT sanksiyaları altına düşən materiallar olub-olmadığı barədə məlumat almağa çalışması ilə izah edib.

İran rəsmisi iki İran vətəndaşının bu yaxınlarda Azərbaycan sərhədçiləri tərəfindən öldürülməsinə də münasibət bildirib.

Iran parlamentinin milli təhlukəsizlik və xarici siyasət komissiyasının sədri Əlahəddin Burucerdi İRNA agentliyinə bildirib ki, Rusiyadan İranin Buşəhr atom elektrik stansiyasina göndərilən yüklərin Azərbaycan sərhəddində saxlanması ilə bağli İran Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Tehrandakı səfiri Abbasəli Həsənovu nazirliyə çağırıb və İran tərəfinin sərt etirazını bildirərək ciddi xəbərdarlıq edib.

Cənab Burucerdi yüklərin buraxilması üçün səy göstərməyi və izləməyi Rusiya tərəfinin borcu hesab etdiyini deyib və rusların Azərbaycan rəsmilərilə də mövzu haqqında müzakirələr apardığnı deyib.

O bildirib ki, "iki ölkənin qonşuluğunu nəzərə alaraq ümid edirik ki, gələcəkdə bu cür hadisələrin təkrarlanmasının şahidi olmayacağıq.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim BBC-nin Azərbaycan xidmətinə belə bir bəyanat barədə məlumatının olmadığını bildirib və Azərbaycanın beynəlxalq diplomatik normalara riayət etdiyini qeyd edib.

Bu gün Azərbaycan tərəfi bu tələbə öz münasibətini açıqlayıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim deyib ki, bu məsələdə Bakı "beynəlxalq hüquqdan çıxış edir" və "həmin tələbin əsası yoxdur".

XİN təmsilçisi habelə bildirib ki, Tehranın tələbi "hüquqi və etik baxımından düzgün deyil".

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik