BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 28 Aprel, 2008 - Published 18:15 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Ermənistan parlamenti Dağlıq Qarabağın müstəqilliiyi barədə aktı rədd etdi
 
armenia
Ermənistan parlamenti Dağlıq Qarabağın müstəqilliyi haqqında qanun layihəsinin müzakirəsi əleyhinə səs verib.

Aprelin 28-də keçirilən parlament iclasında İrs Partiyası tərəfindən verilmiş layihənin əleyhinə 64, leyhinə isə cəmi 15 səs verilib.

Parlamentin spikeri Tiqran Torosyan deyib ki, “Dağlıq Qarabağın müstəqilliyi Ermənistan üçün mühüm məsələdir, lakin belə qanunun qəbulu üçün hələlik vaxt yetişməyib”.

Tiqran Torosyan deyib ki, hər şeyin öz vaxtı var.

Müstəqil millət vəkili Viktor Dəllakyan isə deyib ki, bu məsələnin gündəliyə daxil edilməməsi o deməkdir ki, Ermənistan parlamenti Dağlıq Qarabağın müstəqilliyi əleyhinədir.

Onun sözləri ilə desək, “bu bizim düşmənlərimizin xeyrinədir”.

Ermənistan parlamenti xarici əlaqələr komissiyasının rəhbəri Armen Rustamyan isə bəyan edib ki, xarici siyasət məsələlərində qərarları parlament deyil, prezident verir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik