http://www.bbcazeri.com

20 Mart, 2008 - Published 14:30 GMT

Britaniyanın Azərbaycanlı gözəli müəyyənləşdi

“Britaniyanın azərbaycanlı gözəli” seçilib

Londonda fəaliyyət göstərən Azərbaycan Gənclər Klubunun Sara Xatun Qadınlar Cəmiyyəti dünən Birləşmiş Krallığın paytaxtında azərbaycanlı xanımlar arasında “2008-ci il Britaniyanın azərbaycanlı gözəli” adlı gözəllik yarışması keçirib.

Müsabiqənin qalibi Londonda yaşayan azərbaycanlı tələbə Sevinc Nəbiyeva olub.

Müsabiqədə 8 nəfər iştirak edirdi.

İştirakçılar Azərbaycan milli geyimlərində səhnəyə çıxıblar və milli musiqinin sədaları altında öz nömrələrini nümayiş etdiriblər.
Qalibə hədiyyələr təqdim olunub.

Tədbirdə digər azərbaycanlı qonaqlarla yanaşı Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov da iştirak edib.