07 Mart, 2008 - Published 11:55 GMT
Abxaziya parlamentinin bildirdiyinə görə, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi eləcə də Avropanın təhlükəsizlik qurumları və ayrı-ayrı ölkələr Abxaziyanı suveren bir dövlət kimi tanımalıdırlar.
Az əvvəl Gürcüstan Rusiyanın özünün separatist Abxaziya ərazisinə ticarət məhdudiyyətlərini aradan götürmək qərarını tənqid etmişdir.
Rəsmi Tbilisi bunu təhlükəli təxribat kimi qiymətləndirir.
Gürcüstanın Xarici İşlər naziri demişdir ki, Rusiya separatizmə rəvac verir, Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyünü təhlükə altına qoyur.
Rusiya isə Abxaziyada vəziyyətin kökündən dəyişdiyini iddia edirdi.
Bununla belə, rəsmi Moskva mövqeyinin Kosovanın müstəqilliyinin Qərb tərəfindən tanınmasina cavab olaraq dəyişməsini imtina edirdi.
Rusiyanın tətbiq etdiyi sanksiyalar Abxaziyada baş qaldıran separatist dalğasına qarşı yönəldilmiş olsa da, təhlilçilərin
dediyinə görə, heç bir nəticə verməmişdir.