|
NATO Azərbaycanla daha geniş əməkdaşlıq istəyir
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons Bakıda jurnalistlərlə görüşüb.
Cənab Simmons NATO ilə Azərbaycan arasındakı əməkdaşlığın inkişaf etdiyini və bu əməkdaşlığa yeni strukturlar, o cümlədən ölkənin Milli Təhlükəsizlik və Fövqəladə Hallar Nazirliklərinin cəlb ediləcəyini bildirdi. Azərbaycana ölkə rəhbərliyi ilə danışıqlar aparmaq və NATO Parlament Assambleyasının keçirdiyi “Rouz-Rot“ seminarında iştirak üçün gəldiyini deyən cənab Simmons Azərbaycan və NATO ölkələrinin parlament nümayəndələrinin iştirak etdiyi həmin seminarın çox faydalı olduğunu bildirib. NATO-nun xüsusi nümayəndəsi seminarda enerji təhlükəsizliyi, Əfqanistandakı qüvvələrin fəaliyyəti, iştirakçı dövlətlərdə insan hüquqları və hüquq normalarını müzakirə edildiyini dedi. Cənab Simmonsun bildirdiyinə görə, İlham Əliyevlə görüşdə Azərbaycanın dövlət başçısı ona aprel ayında Buxarestdə keçiriləcək NATO sammitində qatılacağını dedi. NATO-nun nümayəndəsi Azərbaycanın Kosovodakı sülhməramlıları qaytarılması barədə qərarını belə şərh etdi. “Hökümət nümayəndələrilə görüşdə onlar mənə bu addımın səbəblərini izah etdilər və mən bu səbəbləri başa düşərək, onlara hörmətlə yanaşdım”, - deyib cənab Simmons. Cənab Simmons həmçinin Azərbaycanla NATO arasında fərdi əməkdaşlıq proqramının ikinci mərhələsi barədə məlumat verdi və dedi ki, bu mərhələdə NATO ilə əməkdaşlığa ölkənin Milli Təhlükəsizlik, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri, habelə Dövlət Sərhəd Xidməti də cəlb ediləcək. Onun dediyinə görə, bu mərhələdə Azərbaycanda orduya mülki, və xüsusən də parlament tərəfindən nəzarətin gücləndirilməsi, ölkədə hüquq normalarının bərqərar olunmasına diqqət yetiriləcək. NATO nümayəndəsinin dediyinə görə, bu əməkdaşlıq bilavasitə orduya da aid olacaq. “Biz Azərbaycan ordusunun hissələrinə sülhməramlı əməliyyatlar zamanı digər ölkələrin orduları ilə birgə fəaliyyət göstərməyi öyrədəcəyik. NATO Azərbaycanın hərbi təlim və təhsil sistemində islahatların aparılmasına kömək edəcək ki, onlar qərb standartlarına çatsın”. Son illər Azərbaycanda müdafiə büdcəsinin xeyli artdığını qeyd edən cənab Simmons həmçinin bildirdi ki, NATO Müdafiə Nazirliyinə
həmin vəsaitlərin idarəedilməsində, daha səmərəli istifadəsində yardım göstərə bilər. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||