BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 07 Mart, 2008 - Published 11:55 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Abxaziya dünya birliyini onun müstəqilliyini tanımağa çağırıb
 
Gürcüstanın özünü müstəqil elan etmiş Abxaziya bölgəsi dünya birliyini bu ərazinin Gürcüstandan müstəqilliyini tanımağa çağırıb.

Abxaziya parlamentinin bildirdiyinə görə, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi eləcə də Avropanın təhlükəsizlik qurumları və ayrı-ayrı ölkələr Abxaziyanı suveren bir dövlət kimi tanımalıdırlar.

Az əvvəl Gürcüstan Rusiyanın özünün separatist Abxaziya ərazisinə ticarət məhdudiyyətlərini aradan götürmək qərarını tənqid etmişdir.

Rəsmi Tbilisi bunu təhlükəli təxribat kimi qiymətləndirir.

Gürcüstanın Xarici İşlər naziri demişdir ki, Rusiya separatizmə rəvac verir, Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyünü təhlükə altına qoyur.

Rusiya isə Abxaziyada vəziyyətin kökündən dəyişdiyini iddia edirdi.

Bununla belə, rəsmi Moskva mövqeyinin Kosovanın müstəqilliyinin Qərb tərəfindən tanınmasina cavab olaraq dəyişməsini imtina edirdi.

Rusiyanın tətbiq etdiyi sanksiyalar Abxaziyada baş qaldıran separatist dalğasına qarşı yönəldilmiş olsa da, təhlilçilərin dediyinə görə, heç bir nəticə verməmişdir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik