BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 05 Mart, 2008 - Published 16:55 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Bakı cəbhədə təcavüzün sübut olunduğunu iddia edir
 
Azərbaycan
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim BBC-yə söyləyib ki, Ermənistan rəhbərlərinin Tərtərdəki atəşkəs pozulması barədə bəyanatları, Ermənistan ordusunun Dağlıq Qarabağda olduğunu sübut edir:

"Ermənistanın Xarici İşlər Nazirliyi öz bəyanatında bildirir ki, Tərtərdə baş vermiş hadisələr və onların nəticəsində Azərbaycan silahlı qüvvələri Ermənistanın mövqelərinə hücum etmişlər.

Tərtər Ermənistanla sərhədə malik deyil. Əgər Ermənistanın xarici işlər naziri Azərbaycanın onun mövqelərinə hücum etdiyini iddia edirsə, onda o birbaşa olaraq boynuna alır ki, məhz Ermənistan işğalçıdır, Ermənistan təcavüzkardır."

Azərbaycan və Ermənistan gün ərzində Tərtər rayonunda silahlı toqquşma barədə bir-birinə zidd gedən bəyanatlar verməyə davam ediblər.

Prezident Robert Koçaryan bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanı Ermənistandakı vəziyyətdən istifadə edərək, atəşkəs rejimini artilleriyadan istifadə etməklə pozmaqda günahlandırıb.

O ehtimal irəli sürüb ki, Azərbaycan Ermənistandakı olayların, ordunun zəifləməsinə səbəb olduğu qənaətinə gəlib.

Londondakı Barışıq Resursları təşkilatının Qafqazlar üzrə baş təhlilçisi Conatan Koen BBC-yə söyləyib ki, bu qarşıdurmanın məhz indi baş verməsi ilə yanaşı, atəşkəsin belə pozulması halları son illərdə tez-tez baş verirdi:

"Son illərdə hər il cəbhə xəttində təxminən 50-60 əsgər atəşkəs pozulmasının qurbanı olurdu.

 Məncə Avropa bu məsələyə kifayət qədər diqqət yetirmir və bu ona baha başa gələ bilər.
 
Conatan Koen, qərbli ekspert

Bu dəfəki insidenti daha əhəmiyyətli edən Ermənistandakı daxili sabitsizlikdir. Buna görə də hazırkı eskalasiyanın kimin maraqlarına xidmət etməsi barədə belə mübahisələr yaranıb.

Təhlükəli olanı belə halların vəziyyətin nə qədər qeyri-sabit olduğunu göstərməsidir. Beynəlxalq müşahidəçilər olmadan atəşkəs çox kövrək vəziyyətdədir.

Onu da demək lazımdır ki, insidentin baş verdiyi nöqtəyə çox yaxın bir yerdə Bakı - Ceyhan kəməri keçir.

Məncə Avropa bu məsələyə kifayət qədər diqqət yetirmir və bu ona baha başa gələ bilər. "

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik