|
E vitamini qocalmanı yubada bilər
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Yel Universitetinin Tibb Məktəbində aparılmış tədqiqata əsasən, E vitamini qocalarda fiziki zəifləməni gecikdirə bilər.
Araşdırma göstərib ki, yaşı 65 ötmüş adamlarda E vitamini az olanda, onların əsas fiziki qabiliyyətləri də zəifləyir. Tədqiqat Journal of the American Medical Association jurnalında dərc edilib. Alimlər 698 könüllüdə vitaminin səviyyəsini ölçüblər. Onlardan 3 fiziki tapşırığı yerinə yetirmək xahiş edilib. Qısa bir gəzinti, müvazinət saxlamaq və oturduğu yerdən ayağa qalxmaq. İtaliyanın Florensiya şəhərindən olan könüllüləri üç il ərzində müşahidə ediblər. Tədqiqatın rəhbəri doktor Benedetta Bartali deyib: "E vitaminin səviyyəsinin aşağı olduğu insanlarda fiziki funksionallıq
1.62 dəfə azdır." |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||