BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 20 Yanvar, 2008 - Published 11:49 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Azərbaycan: 20 yanvar hadisələrindən 18 il keçir
 
Burada şəhidlər uyuyur... Bakı, Şəhidlər Xiyabanı
Bu gün Azərbaycan 1990-cı il yanvarın 20-də baş vermiş faciənin 18-ci ildönümü qeyd edir.

Bütün ölkə boyu ümumxalq hüzn günü elan olunub, dövlət bayraqları endirilib.

Ölkədəki elektron kütləvi informasiya vasitələri bu günlə bağlı məlumatlar yaymaqdadırlar.

Azərbaycanın hökumət nümayəndələri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edirlər.

Ziyarət axşam saatlarına qədər davam edəcək.

Yerli avxtla saat 12.00 bütün ölkə ərazisində 1 dəqiqəlik anım sükutu elan olunub, Xəzər dənizində Azərbaycan bayrağı altında üzən gəmilər fasiləsiz fit səsləndiriblər.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini gülləbaran etmişdir.

Sayı 25 mindən çox olan həmin goşunlar şəhərdə kütləvi qətliyyam həyaya keçirmişlər.

Qanlı Yanvar faciəsi adını qazanmış həmin hadisələrdə 131 adam həlak olmuş, 744 nəfər yaralanmiş, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir.

Bit çox təhlilçilərin fikrincə, Bakıda dinc əhaliyə qarşı qüvvədən istifadə olunması Azərbaycanda Kommunist idarəçiliyinin iflasını dayandırmağa yönəldilmiş aksiya idi.

Sovet ordusu totalitar rejimi, Sovet imperiyasını xilas etməyə çalışırdı.

İnsan Haqqları üzrə beynəlxalq Human Rights Watch təşkilatı hesabatlarından birində 20 Yanvar hadisələrini Sovet ordusunun Azərbaycana qarşı kütləvi cəzalandırması adlandırmışdır.

20 Yanvar faciəsi dünyanın bir sıra ölkələrində azərbaycan icmaları və diplomatik korpuslar tərəfindən də anılıb.

Yanvarın 19-da Azərbaycanın Böyük Britaniyadakı səfirliyində 20 yanvar hadisələrinə həsr olunmuş tədbir keçirilib.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik