BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 07 Dekabr, 2007 - Published 12:08 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Azərbaycanda daha bir jurnalist həbsə atıldı
 
polis
Jurnalist Prezident İlham Əliyevin e-mail ünvanına polis zorakılığından şikayət yazmışdı
Azərbaycanda "Azadlıq" radiosunun jurnalisti İlqar Nəsibov Naxçıvan Muxtar Respublikasında nümayişlərə dair məlumatlar verdikdən sonra böhtan atmaq" ittihamı ilə 3 ay azadlıqdan məhrum edilib.

Bu hadisə Azərbaycan həbsxanalarında yatan jurnalistlərin əfv olunacağının gözləndiyi bir vaxtda baş verib.

Nəsibov Naxçıvanda polisin ticarətçilərin təşkil etdiyi nümayişləri dağıtması barədə reportajlar vermişdi.

Onun xanımı Məlahət Nəsibova deyir ki, əri, Prezident İlham Əliyevin e-mail ünvanına yerli polisin zorakılıqlarından şikayət yazdığına görə həbs edilib.

Eyni zamanda polis Nəsibovun işlədiyi resurs mərkəzində axtarış aparıb.

"Bizim yol" qəzetinin yerli müxbirinin də polis tərəfindən saxlandığına dair məlumatlar var.

Media sahəsində Naxçıvanda yaranmış vəziyyətə bu gün Azərbaycan parlamentinin iclasında da toxunulub.

Məhkəmə hökmünə əsasən İlqar Nəsibov yerli polis idarəsinin rəhbərliyinə böhtan atmaqda təqsirli bilinib.

Maraqlıdır ki, cəmi iki gün əvvəl məhkəmə tərəflərin barışığı barədə qərar çıxarmışdı.

 Kompüterlərimizi müsadirə etdilər və axtarışı çox kobud aparırdılar
 
Jurnalist Məlahət Nəsibova

Jurnalistə qarşı məhkəmə iddiasının müəllifi də Naxçıvan şəhər polis idaərəsinin rəhbərliyidir.

Məlahət Nəsibova baş verənləri yerli jurnalistləri qorxutmar cəhdi kimi dəyərləndirir.

"Kompüterlərimizi müsadirə etdilər və axtarışı çox kobud aparırdılar" -deyə Məlahət bildirib.

Gün ərzində Məlahət Nəsibovanın özü də yerli polisə çağırılmış, daha sonra isə sərbəst buraxılmışdı.

Polis tərəfindən bu gün saxlanışlmış digər yerli mətbuat işçisi Elman Abbasovun isə nədə ittiham olunduğu hələdə bəlli deyil.

 Naxçıvanda jurnalisiti müdafiə etməyə hazır olan vəkil tapmaq belə çətindir
 
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov

Məlahət Nəsibova yaranmış vəziyyəti dözülməz hal adlandırır. O deyir: "Bizi qorxutmaq istəyirlər".

Paytaxtdakı jurnalsit qurumları isə Naxçıvandakı həmkarlarına kömək etmək üçün çarəsiz qaldıqlarını etiraf edirlər.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov muxtar respublikada "jurnalisiti müdafiə etməyə hazır olan vəkil tapmağın belə çətin olduğunu" söyləyir.

Yaranmış vəziyyətlə baqlı muxtar respublikanın polis idarəsi şərh vermir.

Amma Naxçıvanda baş verənlər Bakıda, Milli Məçlisinin bu günkü iclasında müzakirə olunub.

Müxalifətdən olan millət vəkilləri jurnalistlərlə davranışı özbaşınalıq adılandırdılar.

Lakin Mili Məçlisdə Naxçıvanı təmsil edən İsa Həbibbəyli bəyan etdi ki, muxtar respublikada jurnalsitlərin təqibi barədə iddialar "xeyli şişirdilib".

"Azadlıq" radiosundan BBC-ə bildiriblər ki, cənab Nəsibov və onun xanımı Məlahət Naxçıvanda insan haqlarının pozulmasına dair verdiyi məlmatlara görə tez-tez polisin təzyiqilə üzləşirlər.

Xatırladaq ki, dünən Amerikadakı Jurnalistləri Müdafiə Komitəsi Azərbayanın jurnalsitlərlə davranışa görə ən açınacaqlı vəziyyətin hökm sürdüyü ölkələrdən biri olduğunu bildirmişdi.

Komitənin illik hesabatında dünyada 127 jurnalsitin hazırda dəmir barmaqlıqlar arxasında saxlandığı və onlardan 9-nun azərbaycanlı jurnalistlər olduğu qeyd edilib.

Azərbaycanda jurnalistlər və bir sıra insan haqları fəalları, eləcə də Avropa qurumlarının "siyasi dustaq" adlandırdığı şəxslər barədə ilin sonunadək ölkə Prezidenti tərəfindən əfv fərmanının imzalanacağı barədə ehtimallar səslənirdi.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik